- Transfer
- 23:48 17.12.2025
İtaliyanın “Yuventus” klubu “Cenoa”nın hücumçusu Eldor Şomurodovla maraqlanır.
Corner.az xəbər verir ki, Turin təmsilçisinin nümayəndələri “Cenoa”nın rəsmiləri ilə 25 yaşlı özbək hücumçunun keçidi ilə bağlı görüşüblər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumatda, tərəflər arasında danışıqlar davam etdiyi vurğulanıb.
Şomurodovun “Cenoa” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, ötən mövsüm A Seriyasında 31 oyunda 8 qol vurub.