18 dekabr 2025. Cümə axşamı

Neftçi'dən üçüncü transfer


  • Transfer
  • 21:01 27.06.2021
  • Oxunma sayı: 176
Neftçi'dən üçüncü transfer

"Neftçi” növbəti transferini rəsmiləşdirib.

Corner.az xəbər verir ki, paytaxt klubu “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfovla 2 illik müqavilə bağlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 23 yaşlı yarımmüdafiəçinin bu komandanın heyətində “97” nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

2015-ci ildən “Sumqayıt”da çıxış edən Xəyal Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.







Transfer