“Nitsa” klubu “Barselona”dan icarəyə götürdüyü Jan-Kler Todibonu birdəfəlik transfer edib.
Corner.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Nitsa” bu transferə görə 8.5 milyon avro ödəyib. Amma “Barselona” bonuslarla daha 7 milyon avro qazanmaq şansına malikdir. Üstəlik, Kataloniya təmsilçisi futbolçunun sonrakı satışından da pay alacaq.
“Nitsa” Todibonu bu ilin əvvəlində 6 aylıq icarəyə götürmüşdü. 21 yaşlı fransız futbolçu bu komandanın heyətində 17 rəsmi matça çıxıb.