18 dekabr 2025. Cümə axşamı

Qarabağ'ın sabiq qapıçısı yenidən Portuqaliya klubunda


  • Transfer
  • 10:11 28.06.2021
  • Oxunma sayı: 168
Qarabağ'ın sabiq qapıçısı yenidən Portuqaliya klubunda

"Qarabağ"ın keçmiş qapıçısı Vaqner da Silva Portuqaliyanın II liqasında çıxış edən "Nasyonal" klubu ilə müqavilə bağlayıb.

Corner.az klubun rəsmi saytına istinadən məlumatına görə, Funşal şəhərinin təmsilçisi 2020/2021 mövsümündə Primeyrada sonuncu yeri tutub və aşağı liqaya yuvarlanıb. "Nasyonal" 35 yaşlı qolkiperin karyerasında Portuqaliyanın üçüncü komandası olacaq.

Braziliyalı qapıçı daha əvvəl bu ölkədə "Eştoril" və "Boavişta"da çıxış edib.

Qeyd edək ki, Vaqner da Silva "Qarabağ"ın formasını 2018 - 2020-ci illərdə çıxış edib.







Transfer