4 oktyabr 2026. Bazar günü

Millimizin futbolçusunun yeni klubu bəlli oldu


  • Transfer
  • 15:06 01.07.2021
  • Oxunma sayı: 192
Millimizin futbolçusunun yeni klubu bəlli oldu

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin yeni klubu bəlli olub.

Corner.az "Xsport.ua" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Ukrayna "Kolos"u ilə müqavilə imzalayacaq.

Sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Nuriyev ötən mövsüm Ukraynın "Minay" klubunda çıxış edib. Komanda Ukrayna Premyer Liqasında sonuncu - 14-cü yeri tutaraq, aşağı liqaya enib. Anatoli Nuriyev isə 10 qol vuraraq, bombardirlər siyahısında "Zarya"nın futbolçusu Şahab Zahedi ilə birgə 3-4-cü yerləri bölüşüb.







Transfer