8 aprel 2026. Çərşənbə

31 milyon avroya almışdı, icarəyə verdi


  • Transfer
  • 14:44 04.07.2021
  • Oxunma sayı: 196
31 milyon avroya almışdı, icarəyə verdi

"Barselona”nın futbolçusu Fransisko Trinkao karyerasını İngiltərədə davam etdirəcək.

Corner.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Vulverhempton” klubuna keçib. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Trinkao 2021/22 mövsümünü icarə əsasında “Vulverhempton”da keçirəcək.

Trinkao ötən mövsüm 31 milyon avro qarşılığında Kataloniya təmsilçisinə transfer olunmuşdu. O, “Barselona” ilə ümumilikdə 42 oyuna çıxıb.







Transfer