13 mart 2025. Cümə axşamı

Beşiktaş'dan yeni mövsümün ilk transferi


  • Transfer
  • 21:45 04.07.2021
  • Oxunma sayı: 147
Beşiktaş'dan yeni mövsümün ilk transferi

Türkiyə çempionu “Beşiktaş” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Corner.az xəbər verir ki, İstanbul klubu ötən mövsümü “Alanyaspor”da keçirmiş Salih Uçanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti və digər detalları isə açıqlanmır. Alanya təmsilçisi ilə müqaviləsinin müddəti bitən futbolçu yeni klubuna azad agent kimi qoşulub.

Salih Uçan peşəkar karyerasına “Bucaspor”da başlayıb. Daha sonra o, “Fənərbaxça”, “Roma”, “Sion” və “Empoli”də oynayıb. Yarımmüdafiəçi 2019-cu ilin yayından etibarən “Alanyaspor”da forma geyinirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 40 oyunda 3 qola imza atıb.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici
Salah "Barselona"ya keçə bilər
  • Transfer
  • 13:08 11.03.2025
Salah "Barselona"ya keçə bilər