18 dekabr 2025. Cümə axşamı

Fluminense'dən Atletiko'ya


  • Transfer
  • 23:23 05.07.2021
  • Oxunma sayı: 137
Fluminense'dən Atletiko'ya
 “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, La Liqa çempionu “Fluminense” klubunun hücumçusu Markos Paulonu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Madrid klubu 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Braziliyalı forvard yeni klubuna azad agent statusu ilə keçib.
 
Qeyd edək ki, “Fluminense”nin öz yetirməsi olan Markos Paulo 2018-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. O, ötən mövsüm Braziliya A Seriyasında 24 oyuna 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub. 






Transfer