- Transfer
- 23:48 17.12.2025
"Arsenal" ilə yollarını ayıran fransalı futbolçu Matteo Genduzi ölkəsinin "Marsel" klubuna keçib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 1 illik icarə müqaviləsi imzalanıb. Liqa 1 təmsilçisi bunun üçün "topçular"a 1 milyon avro təzminat ödəyəcək.
"Marsel" mövsümün sonunda 10 milyon avro qarşılığında oyunçunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Matteo Genduzi 2018-ci ildən "Arsenal"da çıxış edirdi.