- Transfer
- 23:48 17.12.2025
İngiltərənin “Lids” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Barselona”dan Junior Firponu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
İngiltərə mətbuatının xəbərinə görə, “Lids” ispaniyalı futbolçu üçün “Barselona”ya 15 milyon avro ödəyəcək.