18 dekabr 2025. Cümə axşamı

PSJ-dən 70 milyonluq transfer


  • Transfer
  • 22:52 06.07.2021
  • Oxunma sayı: 143
PSJ-dən 70 milyonluq transfer
Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Paris təmsilçisi İtaliyanın “İnter” klubunun müdafiəçisi Əşrəf Hakimini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mərakeşli futbolçu ilə 5 illik müqavilə imzalanıb. 22 yaşlı oyunçu yeni komandasında “2” nömrəli forma ilə çıxış edəcək.
 
PSJ-nin bu transferə görə 70 milyon avro ödədiyi bildirilir.
 
Əşrəf Hakimi 2020-ci ilin yayından “İnter”in formasını geyinirdi. 






Transfer