- Transfer
- 22:06 30.10.2024
“Şalke”nin müdafiəçisi Ozan Kabak karyerasına Almaniyada davam edə bilər.
Corner.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə “Bayer” yaxından maraqlanır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Məlumatda, Leverkuzen təmsilçisinin Ozanı satınalma hüququ ilə birlikdə icarəyə götürmək istədiyi vurğulanıb.
“Şalke” ilə müqaviləsi 2024-cü ilin yayına qədər olan türk futbolçu, ötən mövsümü icarə əsasında “Liverpul"da keçirib.
“Şalke” yeni mövsümdə 2-ci Bundesliqada mübarizə aparacaq