- Transfer
- 22:06 30.10.2024
Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun futbolçusu Abdul-Aziz Yakubu karyerasını Azərbaycanda davam etdirəcək.
Corner.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçunun "Vitoriya"dan ayrılacağı vurğulanıb. Azərbaycan təmsilçisinin təklifi qanalı futbolçunu razı salıb.
Nəşr həmin klubun adını açıqlamayıb, lakin Yakubunun "Neftçi" və ya "Qarabağ"dan birinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, Abdul-Aziz Yakubu son mövsümü icarə əsasında Portuqaliyanın II liqasında çıxış edən "Eştoril" klubunda keçirib. O, 34 oyunda 15 qol vuraraq komandanın əsas çempionata vəsiqə qazanmasına yardımçı olub.