3 iyul 2026. Cümə

Barselona'nın sabiq futbolçusu Sabah'da - VİDEO


  • Transfer
  • 10:07 08.07.2021
  • Oxunma sayı: 261
Barselona'nın sabiq futbolçusu Sabah'da - VİDEO

"Sabah" klubu yeni transferi Xuan Kamaranı təqdim edib.

Corner.az xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi yeni klubunda 17 nömrəli forma ilə çıxış edəcək.

Müqavilənin detalları barədə açıqlama verilməyib.

Polşa "Yagelloniya"sına məxsus ispaniyalı futbolçu icarə əsasında Azərbaycan təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Xuan Kamara 2014 - 2016-cı illərdə "Barselona"nın əvəzedici, 2016 - 2018-ci illərdə isə əsas komandasında çıxış edib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır