8 aprel 2026. Çərşənbə

Sabah Kamaranın müqaviləsinin detallarını açıqladı


  • Transfer
  • 12:49 08.07.2021
  • Oxunma sayı: 302
Sabah Kamaranın müqaviləsinin detallarını açıqladı

“Sabah” yeni futbolçusu Xuan Kamaranın müqaviləsinin detallarını açıqlayıb.

Corner.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Polşanın “Yagelloniya” klubundan bir illik icarəyə götürülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kamara “Sabah”da 17 nömrəli formada çıxış edəcək.

Kamara karyerası ərzində İspaniyanın “Vilyarreal B” (2012-2014), “Barselona B” (2014-2016), “Barselona” (2015-2016), “Jirona” (2016/2017), “Reus Deportiu” (2017/2018), Polşanın “Medz Leqnitsa” (2018/2019), “Yagelloniya” (2019-2020), Rumıniyanın “Dinamo” (Buxarest, 2020) və “Universitatya Krayova” (2021) klublarında çıxış edib. Xuan 5 oyunda İspaniya U-17 millisinin də şərəfini qoruyub.








Transfer