18 dekabr 2025. Cümə axşamı

Borussiya və Şalke'nin sabiq futbolçusu Sabah'da


  • Transfer
  • 11:29 10.07.2021
  • Oxunma sayı: 348
Borussiya və Şalke'nin sabiq futbolçusu  Sabah'da

"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Maastrixt"dən hücumameylli yarımmüdafiəçi Coy-Lans Mikelsi heyətinə qatıb.

27 yaşlı futbolçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Almaniyalı oyunçu yeni komandasında 20 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Mikels karyerası ərzində ölkəsində "Borussiya" (Mönhenqladbax) və "Şalke"nin ikinci komandalarında, eləcə də "Alemanniya", "Vakker 90", "Karl Tseyss" klublarının uğurları üçün çalışıb. O, son klubu "Maastrixt"də 9 oyuna 1 qolla yadda qalıb.







Transfer