18 dekabr 2025. Cümə axşamı

Qarabağ afrikalı hücumçu ilə müqavilə bağladı


  • Transfer
  • 11:50 10.07.2021
  • Oxunma sayı: 178
Qarabağ afrikalı hücumçu ilə müqavilə bağladı

"Qarabağ" Portuqaliyanın "Vitoriya" klubunun futbolçusu Abdul-Aziz Yakubunun keçidini həll edib.

Corner.az "GHANAsoccernet.com" saytına istinadən xəbər verir ki, "köhlən atlar" 23 yaşlı hücumçu ilə müqavilə bağlayıb.

 Ağdam təmsilçisi qanalı forvardla 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Abdul-Aziz Yakubu son mövsümü icarə əsasında Portuqaliyanın II liqasında çıxış edən "Eştoril"də oynayıb. O, 34 oyunda 15 qol vuraraq komandanın əsas çempionata vəsiqə qazanmasına yardımçı olub.







Transfer