"Aston Villa” klubu qapıçısı Lovre Kaliniçi yenidən icarəyə göndərib.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda, 31 yaşlı qolkiperin qarşıdakı mövsümün sonuna qədər “Hayduk”a icarəyə verildiyi vurğulanıb. Split təmsilçisinin rəsmi saytı da bu keçidi təsdiqləyib. Kaliniçin 2023-cü ilin yayına qədər icarə əsasında “Hayduk”da çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, Kaliniç, 2018-ci ildən “Aston Villa”da çıxış edir. O, geridə qalan mövsümün ilk yarısını Fransanın “Tuluza” klubunda, ikinci dövrəni isə məhz “Hayduk”da icarədə keçirmişdi