- Transfer
- 23:59 29.10.2024
"Neftçi"nin heyətini daha bir futbolçu ilə gücləndirib.
Corner.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" Fransanın "Havr" klubunun fransalı yarımmüdafiəçisi Roman Baskı transfer edib.
Azərbaycan çempionu 26 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Bask, peşəkar karyerasına ölkəsinin “Keviyi Ruan” klubunda başlayıb. O, 2018-ci ildən “Havr”da çıxış edir. “Neftçi”nin yeni transferi geridə qalan mövsümdə bu komandanın heyətində Liqa 2 çərçivəsində 35 matça çıxıb və 3 qola imza atıb.