- Transfer
- 23:59 29.10.2024
İtaliyanın “İnter” klubu yarımmüdafiəçisi Joao Mario ilə yollarını ayırıb.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda, 28 yaşlı futbolçu ilə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv olunduğu vurğulanıb.
Portuqaliya yığmasında da oynamış futbolçunun yaxın günlərdə “Benfika”ya transfer olunması gözlənilir.
Xatırladaq ki, Mario 2016-cı ildən “İnter”də çıxış edirdi. Lakin o, son mövsümləri icarə əsasında “Vest Hem”, Rusiyanın “Lokomotiv” (Moskva) və “Sportinq” klublarında keçirib.