3 iyul 2026. Cümə

Neftçi təsdiqlədi: Fransalı futbolçu ilə maraqlanırıq


  • Transfer
  • 10:27 13.07.2021
  • Oxunma sayı: 151
Neftçi təsdiqlədi: Fransalı futbolçu ilə maraqlanırıq

"Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev Fransanın "Havr" klubunun yarımmüdafiəçisi Roman Baskla anlaşmalarına dair çıxan xəbərlərə aydınlıq gətirib.

Paytaxt klubunun rəsmisi fransalı yarımmüdafiəçinin maraq dairələrində olduğunu təsdiqləyib. Lakin o, hələlik futbolçu ilə rəsmi müqavilə imzalanmadığını bildirib.

Qeyd edək ki, Fransanın nüfuzlu "L Equipe" nəşri "Neftçi"nin 26 yaşlı oyunçu ilə ortaq məxrəcə gəldiyini və 2 illik müqavilə imzalayacağını yazıb.(report)







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır