3 iyul 2026. Cümə

Azərbaycanlı futbolçunun klubuna transfer qadağası qoyuldu


  • Transfer
  • 18:02 13.07.2021
  • Oxunma sayı: 153
Azərbaycanlı futbolçunun klubuna transfer qadağası qoyuldu

FIFA Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi Ukraynanın "Minay" komandasına transfer qadağası qoyub.

Corner.az "Sport Arena" nəşrinə istinadən xəbər verir ki, buna səbəb  xorvatiyalı müdafiəçi Mislav Matiçin həmrəylik ödənişi üçün təzminat mübahisəsi olub. 21 yaşlı oyunçu ötən mövsüm bu komandanın formasını geyinib.

Qarar qarşıdakı 3 transfer pəncərəsini əhatə edəcək. Klub bu müddətdə heyətinə yeni futbolçu qata bilməyəcək.

Qeyd edək ki, Azərbaycan millisinin digər hücumçusu Anatoli Nuriyev ötən mövsümün sonunda "Minay"dan ayrılıb.(report)







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır