8 aprel 2026. Çərşənbə

Səbail'dən növbəti transfer


  • Transfer
  • 21:30 15.07.2021
  • Oxunma sayı: 209
Səbail'dən növbəti transfer

"Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Elşən Abdullayevi transfer edib.

Bu barədə “dənizçilər”in rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 1+1 formatında müqavilə imzalanıb. O, yeni komandasının heyətində “8” nömrəli formanı geyinəcək.

Abdullayevin son klubu “Sabah” olub. O, əvvəllər “Neftçi”, “Sumqayıt”, “Qarabağ” və “Zirə”də də forma geyinib.







Transfer