8 avqust 2026. Şənbə

Ayaks 33 yaşlı kapitanı ilə müqaviləni uzatdı


  • Transfer
  • 13:28 16.07.2021
  • Oxunma sayı: 227
Ayaks 33 yaşlı kapitanı ilə müqaviləni uzatdı

Niderlandın "Ayaks" klubu kapitanı Duşan Tadiçlə yeni müqavilə imzalayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı futbolçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılıb.

33 yaşlı yarımmüdafiəçinin əvvəlki müqaviləsi 2023-cü ilin iyununda başa çatmalı idi.

Qeyd edək ki, Serbiya millisinin də formasını geyinən Duşan Tadiç 2018-ci ildən Amsterdam təmsilçisində çıxış edir.







Transfer

Ferran Torres PSJ-yə keçir
  • Transfer
  • 16:48 08.08.2026
Ferran Torres PSJ-yə keçir