- Transfer
- 23:48 17.12.2025
Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə "Sabah"dan ayrılıb.
Klubdan verilən məlumata görə, 24 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubunda davam etdirəcək.
Qeyd edək ki, Bəhlul Mustafazadə 2019-cu ildən "Sabah"da çıxış edirdi.(report)