"Qarabağ" yeni futbolçusu Marko Veşoviçin müqaviləsinin detallarını açıqlayıb.
Corner.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə 2 il müddətinə müqavilə bağlanıb. Monteneqrolu müdafiəçi yeni komandasında 29 nömrəli formada çıxış edəcək.
Veşoviçin son klubu "Legiya" (Polşa) olub.