18 dekabr 2025. Cümə axşamı

Beşiktaş və Fənərbaxça'nın sabiq futbolçusu Rizəsporda!


  • Transfer
  • 20:26 16.07.2021
  • Oxunma sayı: 149
Beşiktaş və Fənərbaxça'nın sabiq futbolçusu Rizəsporda!

 “Fənərbaxça”dan ayrılan Gökhan Gönülün yeni klubu müəyyənləşib.

Corner.az xəbər verir ki, 36 yaşlı müdafiəçi, bundan sonrakı karyerasını “Rizəspor”da davam etdirəcək.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Türkiyə millisinin sabiq üzvü yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasında “77” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Gökhan Gönül ötən mövsümün əvvəlində “Beşiktaş”dan “Fənərbaxça”ya transfer edilmişdi.







Transfer