3 iyul 2026. Cümə

Başakşəhər'dən ayrılan futbolçu Braziliya klubunda


  • Transfer
  • 02:00 17.07.2021
  • Oxunma sayı: 181
Başakşəhər'dən ayrılan futbolçu Braziliya klubunda
Bir müddət əvvəl “Başakşəhər” klubu ilə yollarını ayıran Juliano'nun yeni klubu bəlli olub.

Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək.
 
O,  “Korintians” klubuna transfer olunub. Braziliyalı futbolçu ilə ilyarımlıq müqavilə imzalanıb.
 
Juliano geridə qalan mövsümü “Başakşəhər”də keçirib. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Juliano daha öncə Braziliyada “Parana”, “İnternasional”, “Qremio”, Ukraynada “Dnepr”, Rusiyada “Zenit”, Səudiyyə Ərəbistanında “Əl Nəsr”, Türkiyədə “Fənərbaxça”nın da formasını geyinib. 






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır