7 may 2026. Cümə axşamı

Neftçi'nin rəqibi qapıçısını Vulverhampton'a satdı


  • Transfer
  • 09:09 17.07.2021
  • Oxunma sayı: 147
Neftçi'nin rəqibi qapıçısını Vulverhampton'a satdı

İngiltərənin “Vulverhempton” klubu heyətinə yeni futbolçu ilə cəlb edib.

Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Olimpiakos” klubunun qapıçısı Joze Sanı transfer edib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Əsas qapıçısı Rui Patrisionu İtaliya “Roma”sına satan “Vulverhempton”, onu həmyerlisi ilə əvəzləyib. 28 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sa 2018-ci ilin avqustundan “Olimpiakos”un formasını geyinirdi. Hansı ki, bu komanda UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşacaq.







Transfer