17 dekabr 2025. Çərşənbə

Qarabağ'ın sabiq qapıçısı Everton'da


  • Transfer
  • 17:43 17.07.2021
  • Oxunma sayı: 158
Qarabağ'ın sabiq qapıçısı Everton'da

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını "Everton" klubunda davam etdirəcək.

Corner.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tvitter hesabında yazıb.

Onun sözlərinə görə, tibbi müayinədən uğurla keçən 34 yaşlı qolkiper ilə yaxın saatlarda rəsmi müqavilə imzalanacaq. Bosniya və Herseqovina yığmasının üzvü ilə imzalanacaq sözləşmənin müddəti 2 illikdir.

Qeyd edək ki, son klubu İngiltərə "Bornmut"u olan Asmir Beqoviç 2019-cu ildə "Qarabağ"ın formasını geyinib.







Transfer