8 aprel 2026. Çərşənbə

Ayaks qapıçısını Premyer Liqa klubuna satdı


  • Transfer
  • 20:48 17.07.2021
  • Oxunma sayı: 200
Ayaks qapıçısını Premyer Liqa klubuna satdı

İngiltərənin “Brayton” klubu heyətinə yeni futbolçu cəlb edib.

Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Ayaks”ın qapıçısı Kyell Sxerpeni transfer edib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda, 21 yaşlı qolkiperlə imzalanmış müqavilənin müddəti və digər detalları barədə açıqlama verilməyib.

Qeyd edək ki, niderlandlı qolkiper “Emmen” klubunun yetirməsidir. 2019-cu ildə “Ayaks”a transfer olunan futbolçu ötən mövsüm bu klubun əsas komandasında 4 oyuna çıxıb.







Transfer