Niderland “Feyenoord”u heyətinə yeni futbolçu cəlb edib.
Corner.az xəbər verir ki, sözügedən klub “Brayton”un yarımmüdafiəçisi Alireza Cahanbaxşı transfer edib.
Bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı vingerlə 4+1 illik müqavilə imzalanıb. O, yeni komandasında “9” nömrəli formanı geyinəcək.
Alireza Cahanbaxş 2018-ci ildən “Brayton”da çıxış edirdi. İran yığmasının üzvü, əvvəllər Niderlandda “Neymegen” və “Alkmaar” klublarında forma geyinib.