3 iyul 2026. Cümə

Çelsi futbolçusunu 23 milyon avroya satdı


  • Transfer
  • 12:49 19.07.2021
  • Oxunma sayı: 185
Çelsi futbolçusunu 23 milyon avroya satdı

İngiltərənin “Kristal Pelas” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Çelsi”dən Mark Qexini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

“Kristal Pelas” Qexi üçün “zadəganlar”a 23 milyon avro ödəyib. London klubunun yetirməsi olan müdafiəçi İngiltərənin U-21 yığmasının da üzvüdür.

Qexi ötən mövsümü icarə əsasında “Suonsi”də keçirib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır