8 aprel 2026. Çərşənbə

Keşlə'nin rəqibindən iki yeni transfer


  • Transfer
  • 19:48 19.07.2021
  • Oxunma sayı: 176
Keşlə'nin rəqibindən iki yeni transfer

Rusiyanın "Soçi" klubu "Keşlə"yə qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi heyətinə 2 yeni futbolçu cəlb edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Orenburq"un hücumçusu Dmitri Vorobyev və "Zenit"in müdafiəçisi Emanuel Mammananı icarəyə götürüb.

24 yaşlı forvard ötən mövsüm Rusiya Milli Futbol Liqasında 39 oyuna çıxıb, 3 məhsuldar ötürmə və 24 qolla yadda qalıb."Soçi" mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququna malikdir.

Argentinalı futbolçu isə ötən mövsümü də icarə əsasında “Soçi”də keçirib. O, bu komanda ilə 18 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, iyulun "Soçi" və "Keşlə" arasında ilk oyun iyulun 22-də Soçidə, cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.







Transfer