- Transfer
- 12:16 13.03.2025
"Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, "Topçular" "Anderlext" klubunun futbolçusu Albert Sambi Lokonqa'nı transfer edib. 21 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.
İngiltərə mətbuatının məlumatına görə , London klubu belçikalı futbolçu üçün qarşı tərəfə 17,2 milyon sterlinq ödəyəcək.
Qeyd edək ki, 2017-ci ildən "Anderlext"də çıxış edən Lokonqa 78 matçda 3 qol vurub.