8 aprel 2026. Çərşənbə

Ozan Kabak yenidən Premyer Liqada?


  • Transfer
  • 23:09 19.07.2021
  • Oxunma sayı: 221
Ozan Kabak yenidən Premyer Liqada?

"Şalke"nin futbolçusu Ozan Kabak karyerasını "Lester Siti"də davam etdirə bilər.

Corner.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Rudi Qaletti məlumat yayıb. Onun sözlərinə görə, "tülkü"lər 21 yaşlı müdafiəçi üçün Bundesliqa klubu ilə danışıqlara başlayıb. 

Premyer Liqa təmsilçisi türk futbolçu üçün 9,5 milyon avro təklif edərkən, "Şalke"nin hələ cavab vermədiyi vurğulanıb.

Qeyd edək ki, Kabak ötən mövsümü icarə əsasında "Liverpul"da keçirib. 







Transfer