16 dekabr 2025. Çərşənbə axşamı

Kvaratsxeliya Borussiya'nın hədəfində


  • Transfer
  • 16:26 20.07.2021
  • Oxunma sayı: 161
Kvaratsxeliya Borussiya'nın hədəfində

Rusiyanın "Rubin" klubunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını Almaniyada davam etdirə bilər.

Corner.az "Sky Sport"a istinadən xəbər verir ki, Mönhenqladbax "Borussiya"sı 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Gürcüstanlı oyunçunun mümkün transferi 15 - 20 milyon avro olaraq qiymətləndirilir. Mönhenqladbax təmsilçisi hücumçuları - Markus Tyuram, Alassana Plea və Yonas Hofmannı satdığı təqdirdə, Kvaratsxeliyanın keçidi üçün danışıqları daha da sürətləndirəcək.

Qeyd edək ki, Xviça Kvaratsxeliya ötən mövsüm Rusiya çempionatında 23 oyuna 4 qol vurub. O, driblinq sayına (159) görə də mövsümün lideri olub.

Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur







Transfer