4 oktyabr 2026. Bazar günü

Liverpul futbolçusunu Portu'ya satdı


  • Transfer
  • 17:00 20.07.2021
  • Oxunma sayı: 184
Liverpul futbolçusunu Portu'ya satdı

Portuqaliyanın “Portu” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Portuqaliya təmsilçisi ötən mövsümü icarə əsasında komandada çıxış edən Marko Qruyiçin transfer hüquqlarını “Liverpul”dan alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Portu” serbiyalı yarımmüdafiəçi üçün Mersisayd klubuna 12 milyon avro ödəyəcək. Qruyiçlə imzalanan müqavilənin detalları barədə açıqlama verilməyib.

Qruyiç “Portu” ilə 39 oyunda 2 qol vurub.







Transfer