- Transfer
- 23:59 15.12.2025
"Mançester Yunayted”in futbolçusu Aleks Telles karyerasını İtaliyada davam etdirə bilər.
Corner.az xəbər verir ki, "Roma" 28 yaşlı müdafiəçini icarəyə götürmək üçün "qırmızı-şeytanlar"a rəsmi təklif göndərib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumatda, "Mançester Yunayted” “canavarlar” ın təklifini rədd etdiyi vurğulanıb Mançester təmsilçisinin baş məşqçisi Ole-Qunnar Sulşer braziliyalı futbolçunun komandada qalmasını istəyir.
Telles 2020-ci ilin oktyabrından “Mançester Yunayted”də çıxış edir.