3 iyul 2026. Cümə

Rumıniya millisinin üzvü Qalatasaray'da


  • Transfer
  • 21:46 23.07.2021
  • Oxunma sayı: 164
Rumıniya millisinin üzvü Qalatasaray'da

 "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Rumıniyanın "Universitatya" (Krayova) klubunun yarımmüdafiəçisi Aleksandru Çikıldeu ilə razılığa gəlib.

24 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanacaq. "Sarı-qırmızılar" onun üçün qarşı tərəfə 6 milyon avro və gələcəkdə satış olarsa həmin qazancın  20%-ni verəcək.

Qeyd edək ki, Rumıniya millisinin də formasını geyinən Çikıldeu meydana çıxdığı 14 oyunda 2 qol vurub.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır