30 oktyabr 2024. Çərşənbə

Harri Keyn 187 milyon avroya gedir


  • Transfer
  • 08:29 24.07.2021
  • Oxunma sayı: 148
Harri Keyn 187 milyon avroya gedir

"Mançester Siti” klubu hücumçu Harri Keyn üçün “Tottenhem”lə razılaşıb.

Corner.az xəbər verir ki, London təmsilçisi “Mançester Siti”nin 187 milyon avroluq təklifini qəbul edib. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Məlumatda, "Mançester Siti” 27 futbolçu ilə şəxsi razılıq əldə etdikdən sonra transferi rəsmən açıqlayacağı gözlənilir.

İngilis futbolçu ilə 3 illik müqavilə imzalanacaq.

Bir müddət əvvəl “Tottenhem” cəbhəsi Keyni satmayacağını demişdi. Lakin futbolçunun komandadan ayrılmaq istəyi klub rəsmilərinin fikrini dəyişib.

2011-ci ildən “Tottenhem”də çıxış edən Keyn, London təmsilçisi ilə ünumilikdə 336 oyunda 221 qol vurub, 47 məhsuldar ötürmə edib.







Transfer

Amorim "Sportinq"dən ayrıldı
  • Transfer
  • 20:35 29.10.2024
Amorim "Sportinq"dən ayrıldı