14 mart 2025. Cümə

Cavid İmamverdiyev divizon klubunda


  • Transfer
  • 11:46 24.07.2021
  • Oxunma sayı: 129
Cavid İmamverdiyev divizon klubunda

"Kəpəz” yeni mövsümə hazırlıq ilə bağlı transfer çalışmalarını davam etdirir.

Corner.az xəbər verir ki, Gəncə təmsilçisi ötən mövsümü “Sumqayıt”da keçirən Cavid İmamverdiyevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi “sarı-göylər”in heyətində 8 nömrəli formada çıxış edəcək.

Cavid İmamverdiyev daha əvvəl “Neftçi”, “Karvan”, “Sumqayıt”, “Sabah”, “Keşlə” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi Azərbaycan yığmasında 11 oyuna 1 qol vurub.

“Kəpəz” Azərbaycan 1-ci divizionunda mübarizə aparır.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici
Salah "Barselona"ya keçə bilər
  • Transfer
  • 13:08 11.03.2025
Salah "Barselona"ya keçə bilər