- Transfer
- 12:16 13.03.2025
"Kəpəz” daha bir futbolçu ilə heyətini gücləndirib.
Corner.az xəbər verir ki, 1-ci divizion təmsilçisi İbrahim Qədirzadə ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.
Gənc müdafiəçi son olaraq Gürcüstanın “Samtrediya” klubunda oynayıb.
“Kəpəz” bu gün Cavid İmamverdiyevlə də müqavilə imzalandığını açıqlamışdı.