- Transfer
- 21:57 10.03.2025
Qarabağ”ın futbolçusu Yaroslav Deda karyerasını ölkəsi Ukraynada davam etdirəcək.
Corner.az xəbər verir ki, 19 yaşlı futbolçu, “Karpatı” klubuna transfer olunub. Bu barədə Ukrayna təmsilçisinin rəsmi saytı məlumat yayıb.Gənc hücumçu ilə 3 illik müqavilə imzalanıb.O, yeni klubunda 13 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2017-ci ilin yayında Qarabağ'ın U-19 komandasına cəlb olunan Deda, Ağdam klubunun heyətində UEFA Gənclər Liqasında 4 oyuna çıxıb və 3 qol vurmuşdu. Ukraynalı hücumçu iki dəfə Atletico'nun, bir dəfə isə Chelsea'nin qapısına yol tapmışdı.