16 dekabr 2025. Çərşənbə axşamı

Yuventus Demiral üçün 30 milyonluq təklifi rədd etdi


  • Transfer
  • 16:25 25.07.2021
  • Oxunma sayı: 166
Yuventus Demiral üçün 30 milyonluq təklifi rədd etdi

İtaliyanın “Atalanta” klubu türkiyəli müdafiəçi Merih Demiralı heyətinə qatmaq istəyir.

Corner.az xəbər verir ki, Berqamo təmsilçisi 23 yaşlı futbolçunun keçidi üçün klubu “Yuventus”la danışıqlara başlayıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumatda, “Atalanta”nın Merih üçün bonuslarla birlikdə 30 milyon avro təklif etdiyi vurğulanıb.

“Yuventus” isə bu təklifi rədd edib. Turin təmsilçisi Demiralı 35-40 milyon avroya satmağa hazırdır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Türkiyə milli komandasının da üzvü olan Demiralın “Yuventus”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.







Transfer