16 dekabr 2025. Çərşənbə axşamı

Tottenhem və PSJ-nin sabiq futbolçusu Türkiyə klubunda


  • Transfer
  • 16:12 26.07.2021
  • Oxunma sayı: 203
Tottenhem və PSJ-nin sabiq futbolçusu Türkiyə klubunda

Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Adana təmsilçisi fransalı yarımmüdafiəçi Benjamin Stambulini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Stambuli daha əvvəl “Tottenhem”, “Monpelye” və PSJ kimi klublarda çıxış edib. Futbolçunun son klubu  “Şalke” olub.







Transfer