4 may 2026. Bazar ertəsi

PSJ Rafinyanı satır


  • Transfer
  • 10:21 27.07.2021
  • Oxunma sayı: 169
PSJ Rafinyanı satır

Fransanın PSJ klubu futbolçusu Rafinya Alkantaranı satmaq niyyətindədir.

Corner.az xəbər verir ki, Paris təmsilçisi yarımmüdafiəçini 10 milyon avroya satmağa razıdır. Bu barədə AS nəşri məlumat yayıb. Məlumatda, PSJ-nin 28 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirəcəyi bildirilib. 

Rafinya 2020-ci ilin oktyabrında “Barselona”dan PSJ-yə keçib. Kataloniya təmsilçisi brazilyalı futbolçunu PSJ-yə satarkən, razılaşmaya növbəti satışdan 35 faizlik pay almaq maddəsi qoyub. PSJ Rafinyanı 10 milyon avroya satacağı halda, 3,5 milyon avro “Barselona”ya ödəməli olacaq.

Rafinyanın PSJ ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.







Transfer