"Sabah"dan ayrılan futbolçu Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" komandasına keçidi baş tutmayıb.
Corner.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Bakı klubu “Əl-Əyn” FK-dan futbolçu Bəhlul Mustafazadənin keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğv edilməsi ilə bağlı məktub alıb. Futbolçunun keçidindən imtina, transfer reallaşdıqdan 18 gün sonra edilib. Hansı ki, futbolçunun “Sabah”la müqaviləsi artıq ləğv olunmuş hesab edilirdi.
Klubumuz məsələ ilə bağlı “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA məhkəməsinə müraciət etməyə hazırlaşır. Bəhlulun statusuna gəldikdə isə, futbolçu hazırda azad agentdir.