3 iyul 2026. Cümə

Monako'nu Bundesliqa klubuna dəyişdi


  • Transfer
  • 18:03 27.07.2021
  • Oxunma sayı: 196
Monako'nu Bundesliqa klubuna dəyişdi

Almaniyanın “Herta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi Monteneqro millisinin və “Monako”nun hücumçusu Stevan Yovetiçi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

31 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Monteneqrolu hücumçu yeni komandasına azad agent kimi keçib.

Yovetiç peşəkar karyerasına Serbiyanın “Partizan” klubunda başlayıb. O, sonralar “Fiorentina”, “Mançester Siti”, “İnter” (Milan), “Sevilya” klublarında da forma geyinib. Monteneqro yığmasının hücumçusu 2017-ci ildən “Monako”nun uğurları üçün çalışırdı.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır