- Transfer
- 23:59 29.10.2024
"Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi "Sevilya"da çıxış edən Jül Kunde ilə razılığa gəlib.
22 yaşlı müdafiəçi paytaxt klubu ilə 5 illik müqavilə imzalayacaq. "Çelsi" fransalı futbolçunun transferin gerçəkləşməsi üçün "Sevilya" ilə danışıqlar aparır.
Qeyd edək ki, Jül Kunde ötən mövsüm "Sevilya"nın heyətində 49 oyun keçirib və 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.